Tokayev: "Rusiya məğlubedilməzdir"
Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən "Think Tank Forum" tədbirinin plenar iclasındakı çıxışı zamanı Rusiyanın məğlubedilməz hərbi potensiala malik olduğunu, bunun əhalinin dəstəyi və ölkənin tarixi ilə təsdiqləndiyini söyləyib.
Tokayev deyib: "Rusiya hərbi cəhətdən məğlubedilməzdir. Bu faktı Rusiyanın hərbi potensialı, Prezident Putinin siyasətinin ölkə əhalisi tərəfindən dəstəklənməsi və tarix özü təsdiq edir. Buna görə də, Çin və Braziliya da daxil olmaqla, bütün dövlətlərin realistik planlarını dəsəkləyirik və münaqişənin sülh yolu ilə nizamlanmasının variantlarını axtarmağı zəruri hesab edirik. Başqa yol yoxdur. Alternatib - qarşılıqlı qırğınla nəticələnən müharibədir. Bəlkə də, bəzi dünya qüvvələri bunda maraqlıdırlar, lakin bu, dibsiz uçuruma aparan yoldur".
Hürr Tərcüman