Tokayev təcili iclas keçirəcək – ölkədə kütləvi etirazlar başlayıb
2022-01-04 17:32:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, maye qazın bahalaşmasına görə etirazlarla əlaqədar Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev iclas keçirəcək. Xəbər verdiyimiz kimi, hazırda Qazaxıstanın bir sıra regionlarında qazın bahalaşmasına qarşı çoxminli etiraz aksiyaları keçirilir.
Hürr Tərcüman