📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayevdən Kremli qıcıqlandıracaq TƏŞƏBBÜS: Rusiyadan gedən şirkətləri Qazaxıstana cəlb edin

2022-07-14 13:11:00

Tokayevdən Kremli qıcıqlandıracaq TƏŞƏBBÜS: Rusiyadan gedən şirkətləri Qazaxıstana cəlb edin

Prezident Tokayev Rusiyanı tərk edən xarici şirkətlərin Qazaxıstana cəlb edilməsi üçün şərait yaratmağı tapşırıb. Onun fikrincə, “bu, orta və yuxarı səviyyədə məhsulların istehsalının artırılması üçün yaxşı imkanlar verəcək”.
"Biz investisiya kapitalı uğrunda qlobal mübarizənin şahidiyik. Təxminən 1400 iri xarici şirkətin hər ikincisi fəaliyyətini dayandırıb yaxud Rusiya bazarını tamamilə tərk edib. Hökumət onların Qazaxıstana köçürülməsi üçün əlverişli şərait yaratmalıdır. Bu, bizə yuxarı və orta səviyyədə məhsulların istehsalı üçün investisiya kapitalını artırmaq üçün yaxşı imkanlar verəcək”, deyə Tokayev cümə axşamı hökumətin geniş iclasında bildirib.

Ülviyyə, Hurriyyet.az