📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokayevdən yeni təyinatlar

2022-01-10 11:05:00

Tokayevdən yeni təyinatlar

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin iki müavinini vəzifəsindən azad edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Tokayev sərəncamlar imzalayıb.

Sərəncama əsasən, MTK sədrinin müavinləri Marat Osipov və Daulet Yerqojin vəzifələrindən çıxarılıblar.

Onların yerinə Kosjanov Bakıtbek Jamalbekoviç və Amerxanov Askar Baymerdenoviç təyinat alıblar.