📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tokio Olimpiadası: Rafael Ağayevdən ikinci qələbə - FOTO + YENİLƏNİR

2021-08-06 14:38:00

Tokio Olimpiadası: Rafael Ağayevdən ikinci qələbə - FOTO + YENİLƏNİR

Rafael Ağayev çıxış etdiyi qrupda ikinci qələbəsini qazanıb. Oxu.Az xəbər verir ki, o, Avstraliyanı təmsil edən yapon əsilli Suneri Yahiroya 5:0 hesabı ilə qalib gəlib.

Hazırda Rafael Ağayev və italiyalı Luici Buza qrupda ilk iki sırada qərarlaşıb və yarımfinala yüksəlmək üçün yaxşı şans əldə ediblər.

12:34

Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində yarışan Rafael Noa Biçlə (Almaniya) qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, onun növbəti rəqibi Suneari Yahiro (Avstraliya) olacaq. Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.