📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tolik: "Kim VPN-lə "TikTok"a girsə, o adamı yıxıb-sürüyəcəyəm"

2023-09-19 23:16:21

Tolik:

" "TikTok" ölkədə dayandırılıb. Kim VPN-lə "TikTok"a girib canlı yayım açsa, kimliyindən asılı olmayaraq həmin adamı yıxıb-sürüyəcəm".

Hurriyyet.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb.

Tarix Əliyev hazırkı şəraitdə "TikTok"a girib, qazanc əldə etmək istəyənləri sərt tənqid edib:

"Qeyrətli oğullar canından keçir, şəhid olur, siz isə camaatdan istifadə edib, "jeton" dilənirsiniz. Bir neçə gün "jeton" dilənməsəniz, heç nə olmaz".