📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toplum TV-nin “Youtube” kanalının adı dəyişdirildi, materiallar silindi – Foto

2024-03-07 10:17:05

Toplum TV-nin “Youtube” kanalının adı dəyişdirildi, materiallar silindi – Foto

Toplum TV-yə məxsus “Youtube” kanalı ələ keçirilib.

Hurriyyet.az xəbər verir ki, ələ keçirilən kanalın adı dəyişdirilib və bütün materiallar silinib.

Qeyd edək ki, kanalın hazırda 91,5 min izləyicisi var.


Xatırladaq ki, ötən gün Toplum TV-nin fəaliyyət göstərdiyi ofisdə axtarış aparılıb və kanalın əməkdaşlarından bəziləri saxlanılıb.

Meydan TV yazır ki, Toplum TV ilə bağlı işdə Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əhmədova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Müşfiq Cabbarın həyat yoldaşı mətbuat orqanına bildirib ki, onların da evində axtarış aparılıb və avro “aşkarlanıb”.

yeniavaz.com