Törətdiyi qəzada arvadı öldü, 10 yaşlı oğlu yaralandı
2026-10-14 13:51:02
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.net xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb.
Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobili yol kənarına aşırıb. Nəticədə, sürücünün həyat yoldaşı 1993-cü il təvəllüdlü Ələkbərova Səyyarə Əhliman qızı hadisə yerində ölüb. Sürücünün oğlu 2016-cı il təvəllüdlü Əli xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.