Torpaqlarının erməniləşdirilməsinin qarşısını Gürcüstan Ahıska ilə ala bilər...Təhlil
Abxaziyanın Rusiya ermənilərinin gələcək vətən versiyasında köç alternativlərindən biri kimi çoxdan gözdən keçirildiyi məlumdur. 44 günlük müharibədən sonra Qarabağdan "dabanına tüpürüb qaçan" Yaxın Şərq ermənilərin də yeni məskunlaşma məkanı kimi Abxaziyaya yönləndirildiyi gizli deyil. Gürcüstan mediasında bu barədə vaxtaşırı məlumatlar paylaşılır. Maraqlıdır ki, bu yaxınlarda Facebookda Apsny Apsua ləqəbli istifadəçi tərəfindən çox maraqlı məlumat paylaşılıb. Məlumatda deyilir:
“Ermənilərin köçürülməsi qüvvədədir; Plana görə 50 min nəfərin Qarabağdan Abxaziyaya mərhələli şəkildə köçürülməsi planlaşdırılır. Layihə Rusiya Erməniləri Birliyi və Ruben Tatulyan tərəfindən maliyyələşdirilir. Abxaziyada layihəyə Qalust Trapizonyan rəhbərlik edir. Prezident administrasiyasına Zurik Kacaya və birbaşa Bjaniya nəzarət edir. Abxaziyada qeydiyyatdan keçən hər bir erməniyə 12 min avro vəd olunur!!!! Üstəgəl 25 illik seçkilərdə səs verilməsi.
Əgər işğaldan azad edilmiş Azərbaycan torpaqlarını tərk edən ermənilərin "bədbəxt dinc erməni qaçqınları" deyil, 30 illik işğal müddəti ərzində Suriya və Livandan köşürülən terrorçu və yaraqlı ermənilər olduğunu bilirik. İndi onlar təcili olaraq Abxaziyaya yerləşdirilirlər.
Deyilənə görə, köçürülmə revanşistlərin Qarabağı “geri almaq” üçün Rusiyanın köməyi yeni müharibə başlayarsa bu terrorçulardan istifadə edəcəklərinə ümid etdikləri üçün "gecikdi". Nəticədə isə terrorçular müvəqqəti olaraq İrəvanda, Kafanda və ya Xankəndində rus “sülhməramlılarının” himayəsi altında yerləşdiriliblər.
Amma indi artıq aydındır ki, erməni millətçilərinin qisas almaq şansı yoxdur. Bəs yaxşı təlim keçmiş, “ən qədim xalq”a mənsub olmayan hər kəsi öldürməyə həvəsli terrorçular necə olsun? Məhz onlar Qara dəniz sahillərində, Abxaziyada ermənilərin kütləvi məskunlaşması üçün “günəş altındakı erməni məkanının” qeyri-ermənilərdən təmizlənməsi üçün köçürüləcəklər.
Tatulyanın separatçı pasportu almasının “qanuniliyinə” şübhə ilə yanaşdığına görə abxaz Adqur Ardzinbanı şərləyən kriminal avtoritet Ruben Tatulyanın hərəkətləri və fəaliyyəti də aydınlaşır. Tatulyan kimi insanların belə narazı abxazlarla söhbəti qısa çəkəcək. Rus işğal maşınının bütün "qüdrəti ilə" Tatulyan və erməni icmasının tərəfində olması az deyilmiş kimi, Tatulyanın əlinin altında Soçini və Krasnodar diyarını rəqiblərindən çoxdan və tam “təmizləmiş”, indi isə quldurluq edən erməni cinayətkarları var. Amma indi bu başkəsənlərə ASALA və digər terror qruplarının döyüşçüləri də əlavə olunacaq.
Separatçı hakimiyyətdən “Abxaziya vətəndaşı” separatçı pasportunu alan həmin Ruben Tatulyan və 3 mindən çox həmin ermənilər Qarabağdan olan mühacir qəbilələrinə kütləvi şəkildə torpaq və ev ala bilərlər. Separatçı qanunlara görə heç nə onları dayandıra bilməz. Üstəlik, daşınmaz əmlakını satmaq istəməyənlərə yaxşı Tatulyanın quldurları, Trapizonyanın yaraqlıları və ya ASALA-nın terrorçuları baş çəkə və onu əmlakını “səbirli xalq”ın nümayəndələrinə sadəcə “hədiyyə” etməyə razı sala bilərlər. Onlar hətta separatçı “vətəndaşlığa” malik olmayan, sərbəst şəkildə “turist” kimi Psou sərhəddini keçərək Ruben Tatulyan və onun strukturları tərəfindən mərkəzləşdirilmiş qaydada onlar üçün alınmış ev və mənzillərdə məskunlaşırlar. Hələlik abxazları vaxtından əvvəl qorxutmamaq üçün “parlamamağa” çox çalışırlar. Amma Qarabağdan yuxarıda adı çəkilən 50 min erməni miqrant (Rusiya Federasiyasından və Ermənistan Respublikasının özündən olan erməniləri nəzərə almasaq) Abxaziyada məskunlaşan kimi, onların monoetnik “dəniz sahili olan Ermənistan” yaratmağa cəhd etməsi tam mümkündür. Abxazların isə buna müqavimət göstərmək şansı olmayacaq. Çünki artıq Abxaziyada hər şeyi eyni "qədim millətin" nümayəndələri idarə edir. Xüsusilə narazı olan abxazlar Ukraynada "NATO ilə döyüşmək üçün" ölümə yaxud "ətçəkən maşına" göndərilə bilər.
Abxazları da, elə gürcüləri də yalnız bir şey xilas edə bilər-erməniləşdirilməyə cəhd edilən Abxaziyaya qarşı Ahıska türklərinin öz torpaqlarına-hazırda Samtse-Cavaxetiya adlandırılan torpaqlara qaytarılması. Ahıska türklərinin öz doğma torpaqlarına qaytarılması nəinki Abxaziyada azlığa düşən abxazların, eyni zamanda Gürcüstanın dövlət kimi varlığını təhdid edən gələcək erməni və rus işbirliyi əndişəsinin də yeganə həll yoludur. Əlbəttə, Ahsıkalıların qayıdışı ilə yanaşı Borçalı elinin də İran kəşfiyyatı təhlükəsinə qarşı qorunması, həm Borçalı türklərinin, həm Ahsıka türklərinin Gürcüstanın dövlət təhlükəsizliyinə verəcəyi töhfə böyükdür. Yaxşı olar ki, Gürcüstan dövləti onun başının üzərindən asılan erməni-rus (arxa planda da fransız) domokl qılıncının hər an onun boynunu vurmaq üçün hazır durduğunu görsün və seçimini Türkiyə-Azərbaycan üzərindən etsin.
P.S. Əlbəttə ki, Qarabağın hansısa nöqtəsində bir erməninin qalmasını da xoş qarşlamırıq. Onların dünyanın başqa nöqtələrinə məskunlaşmaq üçün getməsi bizdən mümkün qədər uzaq olmaları yaxşı olardı. Amma soydaşlarımızın xüsusi çəkiyə malik olduğu Gürcüstanda onların daha bir süni "dəniz sahili olan dövlət" yaratması da yaxşı perspektivlər vəd etmir. Bu baxımdan Cənubi Qafqazın siyasi gələcəyinin formalaşmasında, bölgəsəl şəkillənmədə Türkiyə-Azərbaycan tandemi əsas rol oynamalıdır.
Ülviyyə, Hurriyyet.az