📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Tottenhem"in yeni baş məşqçisi oldu

2026-03-31 21:25:25

İngiltərənin "Tottenhem" komandası yeni baş məşqçininin adını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, London təmsilçisi Roberto De Zerbi ilə anlaşıb. İtaliyalı mütəxəssislə uzunmüddətli müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilən İqor Tudoru əvəzləyib.

Qeyd edək ki, "Tottenhem" 31 turdan sonra 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.