Tövlədə heyvanın ipini bağlamaq istədi - Barmağı qopdu
2026-10-30 22:17:12
Ağdamda bədbəxt hadisə nəticəsində 68 yaşlı qadının əl barmağı qopub.
Hurriyyet.net əldə etdiyi məlumata görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib.
Belə ki, kənd sakini 1958-ci il təvəllüdlü Məmmədova Yasəmən Əşrəf qızı tövlədə heyvanını bağlayarkən əli ipin dolaşması nəticəsində sol əlinin bir barmağını itirib.
Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.