📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda 46 yaşlı kişini maşın vurdu

2026-10-25 10:26:04

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub.

Hurriyyet.net  xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub.

Piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.