Tovuzda 9 yaşlı oğlanı cərəyan vurdu
2026-10-07 21:26:11
Tovuzda azyaşlını elektrik cərəyanı vurub.
Hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini olan 2017-ci il təvəllüdlü Ə.Sofiyevi elektrik cərəyanı vurub.
Xəstəxanaya yeləşdirilən uşağa yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.//APA