📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda AĞIR QƏZA: 1 ölü, 6 yaralı - FOTOLAR

2021-11-15 10:58:00

Tovuzda AĞIR QƏZA: 1 ölü, 6 yaralı - FOTOLAR

Tovuzda 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.az Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib.

"VAZ-21011" markalı minik maşını ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov dünyasını dəyişib. 1998-ci il təvəllüdlü Aslanova Ayşə Vidadi qızı, 1991-ci il təvəllüdlü Alıyev Sabir Məzahir oğlu, 1963-cü il təvəllüdlü Məmmədova Rəna İdris qızı, 1992-ci il təvəllüdlü Həsənov Əmrah Şəhadət oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Siyavuş Aslan oğlu və 1997-ci il təvəllüdlü Əliyev Fəzail Məzahir oğlu isə yaralanıb.

Yaralıların bir qismi Tovuz rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Gəncə şəhərinə aparılıb.