📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda ağır qəza: ölən və yaralananlar var

2023-12-25 09:45:57

Tovuzda ağır qəza: ölən və yaralananlar var

Tovuz rayon Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

Hurriyyet.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında VAZ-2104 və VAZ-21099 markalı avtomobillərin iştirakı ilə baş verniş yol-nəqliyyat hadisəsi zamanı 1989-cu il təvəllüdlü Razim Mədətov dünyasını dəyişib.

Daha 5 nəfər - 1989-cu il təvəllüdlü V.Məmmədov, 1969-cu il təvəllüdlü H.Məmmədov, 1989-cu il təvəllüdlü E.Əhmədova və 2 azyaşı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.