📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda ana körpəsini yaşlı qadının evində qoyub gedib

2026-03-15 13:00:39

Tovuzda ana körpəsini yaşlı qadının evində qoyub gedib

Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.

“Qafqazinfo”nun məlumatına görə, qadın kimsələrinin olmadığını əsas gətirərək tanımadığı yaşlı qadından kömək istəyib.

Daha sonra ana körpəyə yemək almaq adı ilə evdən çıxıb və geri dönməyib. Uşaq yaşlı qadının evində qalıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Körpə xəstəxanaya yerləşdirilib.