📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda azarkeşlər meydana girməyə çalışdılar - VİDEO

2022-12-20 23:20:00

Tovuzda azarkeşlər meydana girməyə çalışdılar - VİDEO

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Turan Tovuz" "Kəpəz"lə 2:2 hesablı heç-heçə edərək yarımfinala vəsiqə qazanıb.

Oyundan sonra futbolçular arasında dava düşüb. Baş hakim Rəvan Həmzəzadə bir neçə oyunçuya qırmızı vərəqə göstərib.

Azarkeşlər də meydana girməyə cəhd göstərsə də, polislər bunun qarşısını alıb. 

Qeyd edək ki, Tovuz təmsilçisi ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib.

Görüntüləri təqdim edirik:

 

Offsideplus.az