Tovuzda bıçaqlanan hamilə qadının son durumu
2026-11-13 20:20:22
Tovuzda bıçaqlanan qadının son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a bildirilib ki, noyabrın 13-də saat 17 radələrində 24 yaşlı qadın qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Vəziyyəti orta ağır qiymətləndirilən qadın dərhal əməliyyata götürülüb. Hazırda əməliyyat davam edir.