📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda döyülən kişi xəstəxanada can verdi

2024-07-01 19:56:10

Tovuzda döyülən kişi xəstəxanada can verdi

Tovuzda döyülən 66 yaşlı kişi ölüb.

Hürriyyət.az xəbər verir ki, hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib.

Kənd sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərindən biri ilə mübahisə edib.

Kənd sakini ondan heyvanları buradan aparmasını tələb edib. Nəticədə mübahisə dava ilə yekunlaşıb. Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 66 yaşlı kişi bu gün xəstəxanda ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.