📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda ev yandı - Yaşlı kişinin meyiti aşkarlandı

2026-02-06 17:10:52

Tovuzda ev yandı - Yaşlı kişinin meyiti aşkarlandı

Tovuzda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Belə ki, Qovlar şəhərində yerləşən fərdi yaşayış evlərinin birində baş verən yanğın zamanı 1942-ci il təvəllüdlü C.Kazımovun meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.