📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda kişi arvadının başını kəsərək öldürdü

2022-07-13 15:00:00

Tovuzda kişi arvadının başını kəsərək öldürdü

Tovuzda kişi arvadının başını kəsərək qətlə yetirib.

Hurriyyet.az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın başını kəsərək öldürüb.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun nümayəndələri həmin ünvana gələrək müvafiq araşdırmalar həyata keçirib: "Qətli törətməkdə şübhəli bilinən rayon sakini Nicat Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Tovuz rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir".