📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda məktəbli qız dərsdən sonra itkin düşdü

2025-04-03 12:26:56

Tovuzda məktəbli qız dərsdən sonra itkin düşdü

Tovuzda məktəbli qız itkin düşüb.

Hurriyyet.az xəbər verir ki, aprelin 2-si saat 18 radələrində Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü Aysun Süleymanova oxuduğu kənd tam orta məktəbindən çıxıb və itkin düşüb.

Ondan xəbər ala bilməyən ailəsi polisə müraciət edib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hazırda A.Süleymanovanın yerinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qafqazinfo.az