📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda orta məktəbdə tüstüdən kütləvi zəhərlənmə olub

2024-12-19 11:35:50

Tovuzda orta məktəbdə tüstüdən kütləvi zəhərlənmə olub

Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.

Hurriyyet.az xəbər verir ki,  hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.

Məktəbin 20-dək şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir. 

APA