📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda özünü yandıran qadın xəstəxanada öldü

2024-04-30 11:04:56

Tovuzda özünü yandıran qadın xəstəxanada öldü

Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölüb.

Hurriyyet.az APA-ya istinadla xəbə verir ki, ağır yanıq xəsarətləri alan 1990-cı il təvəllüdlü Türkanə Məmmədova ötən gün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində vəfat edib.

Hadisə aprelin 19-da rayonun Aşağı Quşçu kəndində yerləşən kafelərinin birinin yaxınlığında qeyd alınıb. 2002-ci il təvəllüdül Röyal Tağıyev kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.