Tovuzda sel körpünü uçurub, İsakəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - VİDEO
2026-08-15 11:37:46
Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.
Hurriyyet.Media xəbər verir ki, güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb.
Nəticədə İsakənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.
Tovuz Fövqəladə hallar komissiyasından bildirilib ki, İsakənddəki körpünün dağılması ilə bağlı adiyyəti qrumlara məlumat verilib. Hazırda bölgədə yağıntılı hava davam edir. Fəsadların aradan qaldırılması üçün tədbirlər görüləcək.
Qeyd edək ki, bu gün yağan güclü yağışdan sonra Zəyəm çayında suyun səviyyəsi kəskin yüksəlib.