📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda xəstəxanada 4 günlük körpə öldü

2023-08-14 09:48:00

Tovuzda xəstəxanada 4 günlük körpə öldü

Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.

Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.

Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.

Faktla bağlı Tovuz Rayon prokurorluğunda araşdırma aparılır.