📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toy karvanında qəza - 3 nəfər yaralandı

2024-01-27 22:21:42

Toy karvanında qəza - 3 nəfər yaralandı

Sabirabadda toy karvanında avtomobil qəzaya uğrayıb, bir ailənin üç üzvü xəsarət alıb.

Hurriyyet.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.

Avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2013-cü il təvəllüdlü Nihad Xalid oğlu Qasımlı, 2010-cu il təvəllüdlü Kazım Xalid oğlu Qasımlı və uşaqların nənəsi -1954-cü il təvəllüdlü Cəmilə Musa qızı Qasımova müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.