📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toya minlərlə adam axın etdi - “Rolls-Royce”dan düşən başqası idi

2026-08-09 10:32:00

Toya minlərlə adam axın etdi - “Rolls-Royce”dan düşən başqası idi

Portuqaliyanın Madeyra adasında maraqlı hadisə yaşanıb.

Hurriyyet.Media  “The Sun” nəşrinə istinadən xəbər verir ki, 2 mindən çox Kriştiano Ronaldo fanatı Fünşal şəhərindəki kilsənin qarşısına toplaşıb.

Onlar məşhur futbolçu ilə sevgilisi Corcina Rodrigezin həmin kilsədə toyu keçiriləcəyini güman ediblər.

Lakin fanatların gözləntisi baş tutmayıb. Toy Portuqaliya vətəndaşları Fabio Ramos və Fatima Nicole Cunha Teixeira üçün keçirilib.

Maraqlıdır ki, gəlin kilsəyə “Rolls-Royce” markalı lüks avtomobillə gələn vaxt izdiham daha da artıb. Fanatlar onu Corcina zənn edərək gəlinin ətrafına toplaşıblar.

Kilsəsinin keşişi Ronaldo və Corcinanın burada toy üçün heç bir rezervasiya etmədiyini bildirib.