📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

2026-10-04 16:01:16

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər".

Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib.

Sənətkar konsert verən bəzi müğənniləri qınayıb:

"Konsertləri bu dəqiqə toy gününə salıblar. Toy müğənniləri artıq böyük səhnələrə ayaq açıblar. Əslində, bizim bəstəkarlar o səhnələrdə deməlidirlər ki, "Gəlin, keçin bizə konsert verin". Baxın da, görün kimlərin konsertləri olur. Biabırçılıq! Toylarda oxuyanlar gündə konsert verirlər. Özü bir dənə konsert verən kimi səhəri dəyişirlər. Üzr istəyirəm ifadəmə görə, insan necə "qudurarmış". Üzr istəyirəm, bəlkə də bu söz mənim vücuduma yaraşmır. Amma bir konsert verən kimi səhər onların danışıqlarına, hərəkətlərinə baxın. Gördükləri böyüklərə hətta salam da vermirlər, görməzdən gəlirlər. Guya bunlar o səhnəyə çıxdılar, dəyişdilər. Əslində, onlar səhnəni çirkləndirdilər". (Axşam.az)