📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toydan çıxan 2 qadını maşın vurdu - Biri öldü-Video

2024-05-06 10:39:11

Toydan çıxan 2 qadını maşın vurdu - Biri öldü-Video

Bakıda ağır yol qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə dünən saat 22:40 radələrində Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.

Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.