📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toydan çıxarkən bıçaqlandı - Keçmiş sevgilisindən şikayətçidir - Fotolar

2026-02-10 12:12:19

Toydan çıxarkən bıçaqlandı - Keçmiş sevgilisindən şikayətçidir - Fotolar

Fevralın 1-də Şəmkirdə keçmiş sevgilisi tərəfindən bıçaqlanan Səkinə İmamquliyeva qarşı tərəfin onun taleyinə və müalicəsinə biganə yanaşdığını bildirir.

Hurriyyet.org xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən 33 yaşlı qadın musiqiçi (davulçu) olduğunu və hadisənin də toyun keçirildiyi şadlıq evinin qarşısında baş verdiyini deyib.

“Hadisə fevralın 1-də saat 19:00 radələrində yaşadığım Gəncə şəhərindən Şəmkirə dəvət edildiyim toy mərasimindən çıxarkən baş verdi. Şadlıq evinin qarşısında maşınıma minərkən əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığım Əli Kamran oğlu Əsgərov qəfil hücum etdi. O, gözlənilmədən maşınıma yaxınlaşdı, sağ ön qapını açaraq boğazımdan tutub boğmağa çalışdı. Daha sonra cibindən bıçaq çıxarıb 4 dəfə zərbə endirdi. Zərbələrdən biri ürək nahiyəmə, üçü isə sol qoluma dəydi. Həmin vaxt bıçaq qırılaraq döş qəfəsimdə qaldı, yoxsa daha çox zərbə endirib məni öldürə də bilərdi, çünki bıçaqla ardıcıl olaraq məni vururdu. Bıçağın qırıldığını, ətrafdakı insanların səs-küyə gəldiyini görərək qaçıb getdi”, - şikayətçi bildirib.