📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toylar üçün icazə alınmalıdır - Qərar dəyişdi

2022-03-09 16:32:00

Toylar üçün icazə alınmalıdır - Qərar dəyişdi

Toylarla bağlı “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək tələbi yenidən aktivləşib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları - mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.

Qeyd edək ki, toylara qoyulan say limitinin ləğv edilməsindən sonra açıqlanan məlumatda qeydiyyatdan keçmək tələbinin də ləğv edildiyi bildirilmişdi.