📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toylarda şabaş adəti yığışdırıla bilər – “Dövlət rəmzlərinə hörmətlə yanaşın”

2023-07-28 16:09:00

Toylarda şabaş adəti yığışdırıla bilər – “Dövlət rəmzlərinə hörmətlə yanaşın”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Özbəkistanda toy adətlərindən olan şabaş – bəylə gəlinin başına pul səpilməsi ənənəsi hüquq-mühafizə orqanlarının dövlət simvollarına hörmətlə yanaşmaq xahişindən sonra tərk edilə bilər.

Özbəkistanın Səmərqənd vilayəyinin Daxili İşlər İdarəsinin mətbuat xidmətinin açıqlamasında deyilir: “Hörmətli vətəndaşlar! Sizi Özbəkistanın pul əskinaslarına həkk edilmiş dövlət rəmzlərinə hörmətlə yanaşmağa çağırırıq”.

Qeyd edək ki, özbək toylarında da bəylə gəlinin başlarına kağız pullar səpirlər ki, həyatları boyunca zəngin və uğurlu olsunlar.

Hürr Tərcüman