Tramp: "ABŞ cəhənnəmə yuvarlanır, narkotik konfetdən ucuz satılır"
2024-02-15 10:58:26
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donald Tramp indiki lider Co Baydenin siyasəti səbəbindən Birləşmiş Ştatların cəhənnəmə yuvarlandığını bəyan edib.
Tramp Cənubi Karolina ştatında tərəfdarlarının qarşısında çıxış edərkən deyib: "Bizim ölkəmiz əvvəllər indikindən yaxşı idi. İndi ölkə cəhənnəmə yuvarlanır. Heç vaxt heç kim belə bir şey görməyib. Naməlum yerlərdən milyonlarla adam buraya axışır.Mən Oval kabinetdə oturanda Amerika bundan daha güclü, daha zəngin, daha təhlükəsiz və güvənli idi. Elə bil ölkəyə çevrilmişik ki, burada fentanil və başqa narkotiklərin satış qiyməti konfetdən ucuz olub. Konfetlər daha bahadır".
Tramp Baydeni "ABŞ tarixinin ən pis prezidenti" adlandırıb.
Hürr Tərcüman