Tramp administrasiyasının məlumatları sızdırıldı
2025-03-27 12:24:08
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının üzvlərinin məlumatları internetə sızıb.
"Der Spiegel" nəşrinin yazdığına görə, Tramp komandasının bəzi yüksək vəzifəli üzvlərinin telefon nömrələri, parolları, elektron poçt ünvanları və digər şəxsi məlumatları şəbəkəyə sızıb.
Jurnalın yazdığına görə, əsasən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Votsun, Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Habbardın və Pentaqonun başçısı Pit Hetseqin məlumatları sızdırılıb.
Hürr Tərcüman