Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək - Viktor Orban
2024-03-11 14:03:38
ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq planı var.
Hurriyyet.az xəbər verir ki, bunu “M” telekanalına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.
Martın 8-də Floridadakı malikanəsində Trampla görüşən Macarıstan hökumətinin başçısı əlavə edib: “Onun bu müharibəni bitirmək üçün kifayət qədər ətraflı planları var, lakin bu planların mahiyyəti haqqında danışmaq səlahiyyətinə malik deyiləm”.
O qeyd edib ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürən keçmiş Amerika lideri Donald Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.
report.az