📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Ağ Evin “xətrinə dəydi”

2024-08-02 11:43:19

Tramp Ağ Evin “xətrinə dəydi”

Tramp Rusiya ilə məhbusların dəyişdirilməsindən narazıdır və Baydeni amerikalıların geri qayıtması üçün pul ödəməkdə günahlandırıb. O, hazırkı administrasiyasını korrupsiya sxemindən və Putinin demokratlara “pas ötürməsindən” şübhələnərək, mübadiləni tənqid edib.

“The Hill” nəşri də Trampdan sitat gətirir ki, o hakimiyyətin məhbusların azad olunması üşün Rusiyaya pul ödədiyinə əmindir.

“Bəs, Rusiya ilə məhbus mübadiləsinin təfərrüatlarını nə vaxt dərc edəcəklər? Nəticədə nə qədər insanı geri alacağıq? Onlara nağd pul ödəyəcəyik? Bizə nağd pul ödəyəcəklər? Biz qatilləri, cinayətkarları və ya quldurları azad edirik? Sadəcə təəccüblənirəm, çünki heç vaxt yaxşı sövdələşmələr əldə etmirik, xüsusən də məhbusların dəyişdirilməsinə gəldikdə. “Danışıq aparanlarımız” bizi həmişə rüsvay edirlər”, deyə nəşr Trampın “Truth” sosial şəbəkəsindəki narazı paylaşımından sitat gətirir.

Tramp hazırkı mübadilə ilə onun administrasiyası tərəfindən aparılan mübadilələri müqayisə etdi.

“Mən əvəzində heç kimi vermədən çoxlu məhbusları ölkəyə qaytardım, bunun üçün heç bir pul da vermədim. Bu, gələcək üçün pis presedentdir, əks halda vəziyyət daha da pisləşəcək. Onlar ABŞ-dan pul qoparırlar. Onlar sövdələşməni “mürəkkəb” adlandırırlar ki, heç kim bunun nə qədər pis olduğunu başa düşməsin”, Tramp əlavə edib.

Trampın tənqidi Ağ Evin “xətrinə dəyib”. Cavab olaraq Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə eks-prezidentin sözlərini təkzib edərək bildirib ki, sövdələşmənin şərti kimi pul verilməyib və Rusiya Federasiyasına qarşı sanksiyaların yumşaldılması yoxdur.

Ülviyyə, Hurriyyet.az