📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp Aİ-dən idxal olunan mallara 10% əlavə rüsum tətbiq etmək istəyir

2025-02-04 00:41:02

Tramp Aİ-dən idxal olunan mallara 10% əlavə rüsum tətbiq etmək istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqından idxal olunan mallara 10% əlavə rüsum tətbiq imkanını nəzərdən keçirir.
Bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Tramp administrasiyasında bəziləri Aİ-yə on faizlik tariflər tətbiq etmək istəyir. Onlar Aİ-dən bütün idxalla bağlı belə tədbirləri müzakirə edirlər”, - nəşrin mənbəsi bildirib.\\APA