Tramp Amerikada fövqəladə vəziyyət elan etdi!
2025-04-03 11:17:36
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ ərazisində fövqəladə vəziyyət elan edib.
Tramp bunun səbəbinin ölkənin milli təhlükəsizliyinin ticarət balansındakı kəsir təhdidi olduğunu bildirib. Trampın sözlərinə görə, "təhdidin mənbəyi ölkə hüdudlarından kənardadır".
RBK agentliyinin məlumatına əsasən, Tramp deyib: "ABŞ-nin ticarət kəsiri ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaradır. Bu təhlükənin mənbəyi bütövlükdə və daha çox ABŞ hüdudlarından kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Bununla əlaqədar olaraq, ölkədə fövqəladə vəziyyət elan edirəm".
Hürr Tərcüman