Tramp Baydeni “narkoman” adlandırdı
Hurriyyet.az xəbər verir ki, “Newsweek” nəşrinin yazdığına görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki dövlət başçısı Co Baydenə çıxışlarından əvvəl kokain verildiyi iddiası ilə çıxış edib.
Siyasətçinin fikrincə, Baydeninin çıxışılarının əvvəli ilə sonundakı nitq tərzi və davranışı bunu isbat edir. Trampdeyib: “Bilirsiniz, Conun çıxışının əvvəlində onda bir qədər həyat olur. Çox yox, azda olsa, amma həyat əlaməti olur. Çıxışının axırında o, fəlakətə çevrilir. Hətta səhnədən çıxış yolu tapa bilmir. Deməli, orada nə isə baş verir”.
Tramp bu çıxışını Ağ Evdə az miqdarda narkotik tapılandan sonra edib. Məxfi xidmətin araşdırmasının nəticələri hələ açıqlanmasa da, Co Baydenin, yaxud da oğlu Hanterin həmin tapıntı ilə hər hansı bir əlaqəsi olduğu barəsində sübut yoxdur.
Hürr Tərcüman