Tramp: "Biz narkotik satan insanlarla müharibədəyik”
Hurriyyet.az xəbər verir ki, Donald Tramp əlavə edib ki, Ağ Ev növbəti otuz gün ərzində Venesuelada yeni seçkilərin keçirilməyəcəyinə inanır. Prezident Donald Tramp “NBC News”-a verdiyi müsahibədə bildirib ki, ABŞ Venesuela ilə müharibədə deyil.
"Xeyr, biz müharibədə deyilik", Tramp deyib. "Biz narkotik satan insanlarla müharibədəyik. Biz həbsxanalarını, narkotik asılılarını və ruhi xəstəxanalarını ölkəmizə boşaldan insanlarla müharibədəyik", o qeyd edib.
"Əvvəlcə ölkəni düzəltməliyik. Seçki keçirilə bilməz. Xalqın səs verməsinin heç bir yolu yoxdur", - deyə ABŞ lideri Venesuelada bir ay ərzində seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib. "Xeyr, bu, müəyyən vaxt aparacaq. Biz ölkəni sağlamlaşdırmalıyıq", - deyə o əlavə edib.
Tramp həmçinin Venesuela məsələləri ilə məşğul olacaq bir qrup ABŞ rəsmisinin adını çəkib. Bunlara Dövlət katibi Marko Rubio, Hərbi Katib Pit Heqset, Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller və vitse-prezident JD Vens daxildir. "Onların hamısının fərqli təcrübələri var", - deyə o bildirib.
Hurriyyet.az