📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp cənnət arzusunda - “İdeal namizəd deyiləm, lakin...”

2026-02-05 21:42:20

Tramp cənnət arzusunda - “İdeal namizəd deyiləm, lakin...”

ABŞ Prezidenti Donald Tramp "çoxlu xeyirxah işlər gördüyü" üçün cənnətə düşəcəyinə ümid etdiyini bildirib.

Hurriyyet.org "C-SPAN" telekanalına istinadla xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirilən Milli Dua Səhər yeməyi tədbirində çıxışı zamanı danışıb.

"Əslində, düşünürəm ki, bəlkə də cənnətə düşməliyəm", - deyə Tramp qeyd edib.

Eyni zamanda, ABŞ Prezidenti ideal insan olmadığını etiraf edib. Onun sözlərinə görə, çatışmazlıqlarına baxmayaraq, başqa insanlar üçün çoxlu yaxşılıqlar etdiyinə inanır:

"Mən ideal namizəd deyiləm, lakin ideal insanlar üçün çoxlu yaxşılıqlar etmişəm".

Tramp həmçinin bəyan edib ki, ABŞ Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üzərində intensiv işləyir.

"Biz buna çox yaxınıq, demək olar ki, bunu bacarmışıq", - deyə o, tədbir zamanı vurğulayıb.