Tramp Çinə bu tarixdə səfər edəcək
2026-03-25 22:25:06
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Çinə səfərinin vaxtı məlum olub.
Hurriyyet.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ liderinin 14-15 may tarixlərində Pekində olacağını söyləyib.
Onun sözlərin görə, Tramp səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcək.
Livitt əlavə edib ki, Çin Xalq Respublikasının Sədrinin ABŞ-a cavab səfəri isə 2026-cı ilin sonlarında baş tutacaq.