Tramp Çini ittiham edir
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çini rüsumların qarşılıqlı şəkildə azaldılması barəsində razılaşmanı pozmaqda ittiham edib.
ABŞ Prezidenti Donald Tramp Çinin ticarət razılaşmasını "tamamilə pozduğunu bəyan edib. Onun sözlərinə görə, həmin razılaşma Amerikanın yüksək faizli rüsumlarının tətbiq edilməsindən sonra Çin iqtisadiyyatını iflasdan xilas etmək üçün əldə edilmişdi.
Tramp sahibi olduğu "Truth Social" şəbəkəsində yazıb: "Çin iqtisadiyyatı ağır vəziyyətdə idi. Mənim tətbiq elədiyim rüsumlar onu faktiki olaraq, dünyanın ən böyük bazarı olan ABŞ ilə ticarət imkanından məhrum etmişdi".
Trampın sözlərinə görə, həmin məhdudiyyətlər Çin Xalq Reslublikasında fabriklərin kütləvi şəkildə bağlanmasına və "əhali arasında iğtişaşlara" səbəb olubmuş. Tramp həmin böhranın dərinləşməməsi üçün Pekinlə təcili razılaşdığını bildirir.
Hürr Tərcüman