Tramp: Co Baydenə qarşı çevriliş edilib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və vitse-prezidentliyə namizəd senator J.D.Vens bildiriblər ki, hazırkı prezident Co Baydenə qarşı “çevriliş” edilib. Siyasətçilər bu barədə “Fox News” ilə müsahibədə danışıblar. Tramp, Co Baydenə qarşı mümkün “çevriliş” barədə suala “Bir mənada bəli” cavabını verib.
"Fox News" kanalına verdiyi müsahibədə onlar həmçinin Baydenin yarışdan kənarlaşdırıldığı və onun prezident kimi fəaliyyət göstərə bilməməsinin ABŞ Konstitusiyasının 25-ci Düzəlişinə əsasən vəzifəsindən uzaqlaşdırılmasına haqq qazandırdığına dair fikirlərini bildiriblər. Vens vurğulayıb ki, problem “uyğun şəkildə” həll edilməlidir. O, həmçinin bildirib ki, Bayden namizədliyini irəli sürə və xidmət edə bilmirsə, Demokratlar üçün onu vəzifədən uzaqlaşdırmaq üçün siyasi cəhətdən sərfəli vasitələrdən çox, 25-ci Düzəlişdən istifadə edilməlidir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib. Co Baydenin əvvəlcə Demokratlar Partiyasından favorit olmasına baxmayaraq, Trampla debatda uğursuz çıxışından sonra o, yarışdan çıxdı və Harrisin dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsini dəstəklədi.
Ülviyyə, Hurriyyet.az