📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp: "Cümə günü Maskın axırıncı günüdür"

2025-05-30 09:50:09

Tramp:

Bu gün İlon Maskın ABŞ hökumətində axırıncı iş günüdür
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın ABŞ hökumətindən getməsi barəsində qərarı təsdiqləyib.
Mayın 30-u, cümə günü İlon Maskın ABŞ Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri postunda sonuncu iş günü olacaq.
ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində bu barədə məlumat verib.
Tramp yazıb: "Sabah (cümə günü) 13.30-da İlon Maskla birlikdə Oval kabinetdə mətbuat konfransı keçirəcəyəm.  
Bu, onun axırıncı günü olacaq... Ağ Evdə görüşərik".
Hürr Tərcüman