Tramp: “Danışıqlar zamanı Ukrayna ərazi güzəştləri etməyə məcbur ola bilər”
Hurriyyet.az xəbər verir ki, “Röyters” agentliyinin informasiyasına görə, ABŞ-ın eks-prezidenti Donald Tramp bu yaxınlarda Priqojinin başçılığı ilə edilmiş qiyam cəhdinin RF Prezidenti Vladimir Putinin hakimiyyətini zəiflətdiyinə inandığını bildirib və Birləşmiş Ştatların rəhbərliyini Rusiya ilə Ukrayna arasında sülhün yaradılmasına vasitəçi olmağa çağırıb.
O, “mənasız müharibə”nin dayandırılmasını istədiyini bildirib və danışıqlar zamanı Ukraynanın bir sıra ərazilərini Rusiyaya güzəştə getmək məcburiyyətində qalacağını güman elədiyini söyləyib.
Tramp deyib: “Sülh əldə edilməsi üçün düzgün vasitəçi lazımdır. Putinin liderliyinə alternativ daha pis ola bilər”.
Tramp söyləyib ki, Putinin hərbi cinayətkar olması ittihamlarının müzakirə edilməsini sülh danışıqlarına mane olmaması üçün təxirə salmaq lazımdır.
Hürr Tərcüman