📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp dönəmində İrana hücum planları gündəmdə olub-CNN-dən AÇIQLAMA

2023-06-27 12:55:00

Tramp dönəmində İrana hücum planları gündəmdə olub-CNN-dən AÇIQLAMA

Tramp öz əməkdaşlarına İrana hücum planları olan gizli sənədi göstərib. Bu barədə CNN telekanalı kanalın sərəncamında olan audioyazıya istinadən məlumat yayıb.

2021-ci ilin iyulunda Ağ Evin keçmiş aparat rəhbəri Mark Medouz öz xatirələrini yazmaq üzərində işləyərkən Tramp yazıçıya, naşirə və iki əməkdaşına İrana hücum planı haqqında məxfi məlumatları göstəririb.

Telekanalın qeyd etdiyi kimi, bu iki dəqiqəlik səs yazısı məxfi sənədlərlə düzgün davranılmadığı halda mühüm sübut ola bilər.

Ülviyyə, Hurriyyet.az