📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp: “Dünyanın ən ağıllıları...”

2023-04-12 11:35:00

Tramp: “Dünyanın ən ağıllıları...”

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donald Tramp “Foks Nyus” (Fox News) telekanalına müsahibəsində Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Rusiya Federasiyası dövlət başçılarını yüksək qiymətləndirib. O, Si Cinpini (ÇXR) “parlaq”, Kim Çen Inı (KXDR) “ən yaxşı”,  Vladimir Putini (RF) isə “çox ağıllı” lider adlandırıb.

Tramp deyib: “Onların hamısı ən yaxşılardırlar... Bu adamlar öz oyunlarında ən yaxşılardırlar. Amerikalı oğlanlar belə deyillər və heç vaxt belə olmayıblar”.

Hürr Tərcüman