📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp: "Ərdoğan çox güclü və ağıllı adamdır. Onu çox istəyirəm"

2025-04-08 11:56:29

Tramp:

Hurriyyet.az "Sabah" nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp israilli həmkarı Binyamin Netanyahu ilə görüşü zamanı Türkiyənin heç kimin 2000 il ərzində etmədiyinə nail ola bildiyini söyləyib.
Tramp deyib: "Türkiyəni təbrik edirəm. Mən Ərdoğana söylədim: "Sən başqalarının 2000 il ərzində edə bilmədiyini etdin. Suriyanı nəzarət altına aldın. cavabında dedi: "Bunu mən etmədim". Mən isə etirazımı bildirdim: "Yox, məhz siz etdiniz". Cavabında dedi: "Hə, ola bilər mən etmişəm". Türkiyə heç kimin Suriyada edə bilmədiyini etdi. Ərdoğan - çox güclü və ağıllı adamdır. O, heç kimin edə bilmədiyini etdi. Bunu etiraf etmək lazımdır. Ərdoğanla gözəl münasibətim var - o, mənim xoşuma gəlir, o da məni bəyənir".
Netanyahu isə İsrailin Suriyadakı vəziyyətin Türkiyə ilə münaqişə səbəbi olmasını istəmədiyini bəyan edib: "Bizim Türkiyə ilə xoş qonşuluq münasibətimiz var. Biz Suriyadakı münaqişədən kənarda qalmaq istəyirik. Bundan necə yayına biləcəyimizi Türkiyə ilə müzakirə eləmişik. Türkiyənin ABŞ ilə yaxşı münasibətləri var. Məncə, ABŞ Prezidentindən başqa heç kim ən yaxşı kompromiss yolunu tapa bilməz". 
Tramp bunun qarşılığında deyib: "Mənim Türkiyə və onun lideri ilə çox-çox yaxşı münasibətlərim var. Məncə biz bu problemi həll edə bilərik. Bunun problem olacağını düşünmürəm. Məncə sizin Türkiyə ilə (Suriya üzrə) bütün problemlərinizi əll edə bilərik. Biz də, siz də bu məsələdə düşünüb-daşınıb hərəkət etməliyik". 
Hürr Tərcüman